Nida Xəbər
Şentop Fransaya DƏRS KEÇDİ: "Belə parlamentə fransız nağıllarında rast gəlmək olar"
"Dövlət olaraq tanımaq bu qədər asandırsa, dövlət olmağı itirmək də o qədər asan olmalıdır. Fransa Milli Assambleyası parlament olaraq ciddiliyini itirib. Bir dövlət və yaxud da bir qurum tarixi və hüquqi həqiqətlərdən qoparaq, sadəcə, əsassız hisslərlə qərar verirsə, deməli, o, proseslərdən kənarda qalır, sözü və qərarı ciddi qəbul edilmir".
Publika.az Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi internet saytına istinadla xəbər verir ki, bu fikirlər TBMM-nin sədri Mustafa Şentopun açıqlamasında əksini tapıb.
Açıqlamada, həmçinin deyilir: “Fransa çox səs-küy salsa da, beynəlxalq aləmdə getdikcə təsirsiz hala gəldi, çünki reallıqla əlaqəsini kəsdi.
Ermənistan da daxil olmaqla dünyada heç bir dövlət tərəfindən tanınmayan və Ermənistan tərəfindən tanınması iddiası irəli sürülməyən Dağlıq Qarabağı bir “dövlət kimi” tanımağa qərar verən parlamentə yalnız fransız nağıllarında rast gəlmək olar.
Beynəlxalq hüquqa əsasən, Fransa hökumətinin də Azərbaycana aid olduğunu təsdiq və qəbul etdiyi ərazini “müstəqil dövlət” olaraq tanımaq qərarı verən parlamentarilər ancaq komediyaçı obrazında görünə bilərlər.
Fransa hökumətini ciddiliyə dəvət edirik. Əminik ki, bu absurd qərar əhəmiyyətsiz hesab olunacaq”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

