Nida Xəbər
Misir portalı Azərbaycanın Vətən müharibəsində qələbəsindən yazdı
Misirin “Zat Masr” informasiya portalı Milli Məclisin deputatı Nigar Arpadarainin Azərbaycan Ordusunun Vətən müharibəsində Qələbəsi və Ermənistanın təxribatları haqqında geniş müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, N. Arpadarai misirli jurnalistə Azərbaycan Ordusunun torpaqlarımızın 30 ildir davam edən işğalına son qoyduğunu, beləliklə, BMT Təhlükəsizlik Şurasının ədalətli qətnamələrini yerinə yetirdiyini, ermənilərin işğal etdikləri ərazilərimizdə məscidləri təhqir etdiyini söyləyib. Qeyd edib ki, indi Azərbaycanın qarşısında duran əsas vəzifə ermənilərin vəhşicəsində dağıtdıqları yaşayış məntəqələrinin, o cümlədən “Qafqazın Xirosiması” adı verilən Ağdam şəhərinin bərpası və insanların öz doğma yurdlarına qayıtmasının təmin edilməsidir.
Deputat ATƏT-in Minsk qrupunun həmsədri olan və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan Fransanın ermənipərəst mövqeyini qətiyyətlə pisləyib, rəsmi Parisin bu məsələdə neytral olmasının zəruriliyini qeyd edib. O, həmçinin Azərbaycanın Vətən müharibəsində Suriyadan gəlmiş silahlıların döyüşməsi xəbərlərini də qətiyyətlə təkzib edib və bunu ermənilərin və onların havadarlarının növbəti yalanı kimi səciyyələndirib. Əlavə edib ki, qüdrətli və ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri ən çətin tapşırıqları yerinə yetirməyə qadirdir. Əksinə, Ermənistanın tərəfindən Yaxın Şərq ölkələrindən gətirilmiş muzdlu əsgərlərin döyüşdüyü danılmaz bir faktdır.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)

.jpg)



























