Nida Xəbər
Müdafiə Nazirliyi məlumat yaydı
Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur. Həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir.
Publika.az-a bu barədə Müdafiə Naziriyindən verilən məlumatda deyilir:
Nazirlik qeyd edir ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir:
"Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq".
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir


















.jpg)

.jpg)














