Nida Xəbər
Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK: Baş örtüyü...
Azərbaycanda “Pasportlar haqqında” qanuna şəxsiyyət vəsiqəsində baş örtüklərindən istifadə edilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.
Hesabatda bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmir və bu hallar şikayətlərə səbəb olur. Bunun üçün də fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Bununla yanaşı, təklif edilir ki, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə əlavə edilsin.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda şəxsin yaşayış sahəsindən çıxarıldığı və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi hallarda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının mülkiyyətçinin (əmlak sahibinin) tələbinə əsasən inzibati qaydada həyata keçirilməsi mexanizminin hazırlanması və bununla əlaqədar həmin qanuna əlavə və dəyişikliklərin edilməsi də tövsiyə edilir. (trend)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)
























.jpg)


