Nida Xəbər
Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığı yüksəldilir - VİDEO
2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir. Döyüş şəraitinə uyğun bölmələrin aerozol maskalanması fəaliyyətləri məşq etdirilir.
Əsas diqqət döyüş əməliyyatlarının müxtəlif növlərində radiasiya, kimyəvi və bakterioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün tərbiyə edilməsinə yönəldilib. Bölmə komandirlərinin taktiki-xüsusi və xüsusi hazırlıq məşğələlərinin keçirilməsi üzrə peşəkar və metodiki vərdişləri inkişaf etdirilib.
Bundan əlavə, plana uyğun olaraq şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən kütləvi qırğın silahından mühafizə (KQSM) üzrə məşqlər zamanı “Ən yaxşı KQSM taqımı” adı uğrunda yarış keçirilib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)