Nida Xəbər
“Yaşıl iqtisadiyyat”ın inkişafı əsas prioritetlərdəndir - Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
Publika.az Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunu layihəsi çıxarılıb.
Komitənin sədri Sadiq Qurbanov bildirib ki, bərpa olunan enerji sektorunun, “yaşıl iqtisadiyyat”ın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdəndir: “İşğaldan azad olunmuş ərazilərimizin “yaşıl zona” elan edilməsi qəbul olunacaq qanun layihəsinin əhəmiyyətini daha da artırır. 2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırılması nəzərdə tutulur”.
Ölkəmizin Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun mövqeyinin gücləndirilməsindən və aparıcı ölkələr arasında yer almasından danışan komitə sədri diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə gedən islahatlar çərçivəsində əhəmiyyətli rol oynayacaq.
İclasda çıxış edən Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıl iqtisadiyyata diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Nazir müavini deyib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin hazırlanması Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli sərəncamından irəli gəlir.
Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib ki, qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.
Sonra iclasda iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri təqdim olunan qanun layihəsinin dövrün tələblərinə uyğun hazırlandığını vurğulayıblar, onun əhəmiyyətindən danışıblar.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












