Nida Xəbər
Komitə sədri: “2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb”
“Qanun layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə deputatlara təqdim edilib. Dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3% çox, xərcləri isə 3,9% az icra olunub”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bu göstəriciləri şərtləndirən amillərdən danışaraq bildirib ki, 2020-ci ildə Azərbaycanın paralel olaraq 3 cəbhədə - pandemiya, qlobal iqtisadi böhran və erməni işğalçıları ilə mübarizədə qələbə əldə etməsində dövlət büdcəsinin icrasında çevikliyin, maliyyə intizamının, iqtisadi resurslardan səmərəli istifadənin təmin olunması öz xüsusi rolunu oynayıb.
Tahir Mirkişili 2020-ci ilin çağırışları fonunda dövlətimiz tərəfindən preventiv və çevik addımların atılmasından, həyata keçirilən iqtisadi dəstək proqramlarından, iqtisadiyyatın və əhalinin qorunması üçün sərf olunan vəsaitlərdən, əldə olunan nailiyyətlərdən danışıb.
O qeyd edib ki, aparılmış qabaqlayıcı tədbirlər sayəsində iqtisadiyyatda geriləmənin qarşısını tam almaq mümkün olmasa da, bəzi sektorlarda artım əldə olunub. Belə ki, kənd təsərrüfatında, qeyri-neft sənayesində, informasiya texnologiyaları, nəqliyyat kimi sektorlarda nail olunmuş yüksəliş Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Komitə sədri deputatları “2020-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini dəstəkləməyə çağırıb.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)

























.jpg)

.jpg)