Nida Xəbər
Kəlbəcərdə şəhid olan jurnalistlərin nəşi Bakıya göndərildi - FOTO
Bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində peşə borcunu yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan Azərbaycan Televizyasının operatoru Sirac Abışov və Azərtac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra Bakı şəhərinə yola salınıb.
Bu barədə Publika.az-ın Gəncə bürosundan bildirilib.
Şəhid olan jurnalistlər sabah dəfn ediləcək
xxxxx
20:45
Bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində peşə borcunu yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan Azərbaycan Televizyasının operatoru Sirac Abışov və Azərtac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra bir neçə saat sonra Bakı şəhərinə yola salınacaq.
Publika.az-ın Gəncə bürosunun verdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi isə Göygöl rayonundakı evinə aparılacaq və sabah dəfn olunacaq. Məlumat üçün bildirək ki, hazırda "Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsinin qarşısında şəhər İcra Hakimiyyəti rəsmiləri, Kəlbəcər rayon İcra Hakimiyyəti rəsmi və prokurorluq əməkdaşları gözləyir.
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir

































