Nida Xəbər
Deputat: “Məhkəmələrlə cəmiyyət arasında qarşıdurma var”

Milli Məclis Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, “Dövlət rüsumu haqqında” Qanunda və İnzibati Prosessual Məcəlləyə dəyişiklikləri müzakirəyə çıxarıb.
Publika.az xəbər verir ki, qanun layihələrini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, qanun layihələri ilə bağlı ictimai müzakirələr də təşkil olunacaq.
Qeyd edək ki, Mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, Məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, Elektron məhkəmə sisteminin tətbiqi, Müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır.
Əlavə edilib ki, dəyişikliklər məhkəmələrdə işlərin uzanmasının qarşısını alacaq. Məhkəmələrdə işlərin uzanmasının əsas səbəbi onların məhkəmələrə hazırlıqsız şəkildə təqdim olunmasıdır. Dəyişikliklərlə məhkəməyə hazırlıq institutu gücləndirilməli, tərəflər sübutlarını hazırlıq iclasına təqdim etməlidir. Dəyişikliklərdən biri də videokonfrans əlaqə sistemindən istifadə etməklə proseslərin həyata keçirilməsi imkanıdır.
Deputat Əziz Ələkbərov deyib ki, əsas narazılığı dövlət rüsumu ilə əlaqədardır. O bildirib ki, dəyişiklik həm də məhkəmə orqanlarının əməkdaşlarının sosial müdafiəsini gücləndirməyə hesablanıb: “Bu gün kimin daha çox sosial müdafiəsinə ehtiyac var, həmin qurumlarda çalışanların, yoxsa vətəndaşın? Məncə, cərimələrlə bağlı xüsusi dinləmə keçirməyə ehtiyac var və onlara baxılmalıdır. Cərimələrin bir neçə dəfə artırılması narazılığa səbəb olacaq”.
Millət vəkili Etibar Əliyev deyib ki, məhkəmələrlə cəmiyyət arasında müəyyən qarşıdurma var: “Bu, cərimələrlə bağlıdır, yoxsa işlərlə? Məncə, Mediasiya xidməti təşkil edildikdən sonra bu dəyişikliklər ortaya çıxsaydı, daha münasib olardı”.
Deputat həmçinin bildirib ki, rektorlar 5 il seçildiyi təqdirdə hakimlər 10 il müddətinə seçilir.
Qanun layihəsi ilə əlaqədar Milli Məclisin toplantısında iştirak edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib ki, qanun layihəsi vətəndaş hüquqlarının müdafiəsinə yönəlib: “Kənardan belə təəssürat yaradır ki, məhkəmələr işini yüngülləşdirmək, gəlirlərini artırmaq məqsədi düşünür. Biz vətəndaş hüquqlarının daha ciddi müdafiəsi üçün bu layihəni hazırlamışıq”.
Ç.Əsgərov qeyd edib ki, onun şəxsi fikri belədir ki, rüsumlar əslində Məhkəmə-Hüquq Şurasına getməli və oradan məhkəmələrin fəaliyyətinə yönəlməlidir: “İndiki halda bu rüsumların 50 faizi məhkəmə orqanlarına gedir”.
Ali Məhkəmənin sədr müavini deyib ki, aztəminatlı vətəndaşlar rüsumlardan tamamilə azaddır: “Cərimələr sırf tərəflərə aid deyil. Məhkəməyə təqdim etmək vəzifəsi olan inzibati orqana da aiddir. İşə baxanda hakim hansısa dövlət orqanından sənəd tələb edir, qarşı tərəf vermir. Bu halda həmin quruma da cərimə tətbiq edilir”.
Komitə sədri Zahid Oruc isə bildirib ki, layihəyə baxanda çox məhkəmələrin maraqlar üzərində qurulduğu, müdafiə tərəfinin maraqlarının az nəzərə alındığı görünür.

-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video