Nida Xəbər
Azərbaycan, İran, Türkiyə və Rusiya RAZILAŞDI: regional bazar yaradılır
Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılması barədə razılıq əldə edib.
Bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.
O bildirib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır.
Nazir qeyd edib ki, İran tərəfi ümumi regional bazarın və hüquqi normaların hazırlanması və yaradılması üçün böyük səylər göstərib: "Bu işlər bizim Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığımızın nəticəsi olub və bununla əlaqədar müvafiq memorandumlar imzalanıb".
Onun sözlərinə görə, vahid regional bazarın yaradılması məqsədilə Hindistan, Azərbaycan, Türkiyə və Rusiya ilə danışıqlar davam edir: "Bu layihə çərçivəsində Bakı və Tehranda üç iclas keçirilib. İclasların yekunlarına əsasən, ümumi regional bazarın yaradılması üçün əməkdaşlıq barədə saziş imzalanıb". (trend)
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı








.jpg)

.jpg)





.jpg)
.webp)


















