Nida Xəbər
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşada - FOTO/YENİLƏNDİ
Şuşada səfərdə olan Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri iyulun 29-da Yuxarı Gövhərağa məscidində olublar.
Publika.az xəbər verir ki, qonaqlara məscidin tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat verilib.
Nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıb, dua ediblər.
Xatırladaq ki, parlamentarilər Şuşadan sonra Füzuliyə səfər edəcək, 30 ilə yaxın erməni işğalı altında qalan rayonda erməni vandalizminin izləri ilə tanış olacaqlar.
xxx
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin Şuşa şəhərinə səfəri başlayıb.
Parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ










.jpg)

























