Nida Xəbər
SON DƏQİQƏ: NATO Azərbaycana təşəkkür etdi
"Əfqanıstanda 24 saat fasiləsiz olaraq təxliyə üçün çalışırıq. Türkiyə əsas rol oynayır. Xüsusilə Türkiyə, ABŞ və İngiltərəyə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə minnətdarıq".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Əfqanıstandakı vəziyyətlə bağlı NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən fövqəladə toplantısında çıxış edən təşkilatın Baş katibi Yens Stoltenberq deyib.
"Hazırda təxliyə məsələsinə kökləndik. Pakistana xüsusi məsuliyyət düşür. Həm Əfqanıstanın qonşusudur, həm də "Taliban"la əlaqəsi var.
Əfqanıstanda nə olursa olsun, bu, üzvlərinin təhlükəsizliyinin təmin edilməsində NATO-nu zəiflətmir.
NATO olaraq yeni rəhbərliklə diplomatik əlaqələr qurub-qurmayacağımız "taliblər"in davranışından və verdiyi sözlərə əməl etməsindən asılıdır.
Hazırda problem təyyarələrin göndərilməsində deyil, insanların həmin təyyarələrə çatmasındadır. Xüsusilə əfqanların hava limanına çatması və daxil olması asan deyil", - deyə Stoltenberq bildirib.
Hüseyn
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib
-
Sosial12 Mart 20:00"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi
-
ABŞ12 Mart 19:00Müctəba Xamenei xalqa müraciət etdi












.jpg)






















