Nida Xəbər
Haaqa şəhərində Xocalı abidəsi ziyarət edilidi
Niderlandda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitə əməkdaşları Haaqa şəhərinin "Yeni İkendinen" məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Bu barədə Publika.az-a Komitədən bildirilib.
Mərasimdə Komitə əməkdaşları ilə bərabər Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri iştirak ediblər. Ziyarətçilər körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ananın təsvir olunduğu Xocalı abidəsinin önünə gül dəstələri düzüb və soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin üzvü Yasin Zeynallı çıxış edərək xatırladıb ki, təmsil etdiyi təşkilatın sədri İlhan Aşkın başda olmaqla Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü ilə 24 fevral 2008-ci ildə burada abidə ucaldılıb. 2020-ci ildə isə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınıb və abidə daha geniş əraziyə köçürülüb. Bildirib ki, soydaşlarımız heç bir zaman erməni terrorçularının xalqımızın başına gətirdiyi fəlakətləri, o cümlədən Xocalı soyqırımını unutmayacaqlar.
Qeyd edək ki, Haaqada yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşırlar. Onlar ermənilər tərəfindən soyqırımına məruz qalmış qurbanların xatirəsini yad etməklə yanaşı, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır








.jpg)













.jpg)
.png)





.jpg)










