Nida Xəbər
Atatürkün əyləşdiyi, 83 ildir rezerv edilən masa - FOTO
"İstanbulda bir restoran var. Çox böyük və həmişə yer qıtlığı olan məkandır. Türkülər ifa olunan tarixi yerdir. Orada olarkən diqqətimi bir məqam çəkdi. Müştərilərin yer tapmadığı məkanda bir masa tamamilə boş vəziyyətdə idi. Heç kim yaxınlaşmırdı bu masaya. Qonağı olduğum, yaxın dostum Mustafa Aydından (İstanbul Aydın Universitetinin qurucu rektorudur) bu məsələni soruşdum. Cavabı məni çox təsirləndirdi".
Publika.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qeyd edib.
O bildirib ki, sözügedən məkana vaxtilə Atatürk gəlib həm yemək yeyər, həm də türkülərə qulaq asarmış:
"1938-ci il noyabrın 10-da Böyük Atatürk gözlərini əbədi yumduqdan sonra onun əyləşdiyi masa sonsuza qədər rezerv edilib. Türkiyədə hər addımda Atatürkə olan sonsuz məhəbbəti, sevgini hiss edirsən. Atatürkün ölümündən sonra qurduğu yeni Türkiyə, yaratdığı Türk Ordusu, müasir təhsil, səhiyyə sistemi qaldı.
Atatürk dünyanın ən böyük islahatçı lideri idi. Ən əsası, Atatürkdən sonra qədirbilən, sadiq və qəhrəman türk milləti qaldı. O millət ki, bu gün də deyir: "ATAM, XİDMƏTİNDƏYİK". Allah Mustafa Kamal Atatürkə rəhmət eləsin!"
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








.jpg)






























