Nida Xəbər
Beynəlxalq Türk Akademiyası ilə TÜRKPA arasında əməkdaşlıq müzakirə olundu - FOTO
Bu gün Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Ər ilə görüşüb.
Publika.az xəbər verir ki, Qazaxıstan Respublikasına səfəri çərçivəsində Mehmet Süreyya Er Türk Akademiyasını ziyarət edib, təşkilatın yeni binası və Türk Muzeyi ilə tanış olub.
BTA prezidenti D.Kıdırəli TÜRKPA Baş katibini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, ötən illər ərzində Türk Akademiyası ilə TÜRKPA arasında əməkdaşlıq yüksək səviyyədə qurulub, bir çox uğurlu layihələr reallaşdırılıb. İki qurumun əməkdaşlığı nəticəsində Türk ölkələrinin qeyri-maddi irsinin qorunmasına dair model qanun layihəsi hazırlanıb.
TÜRKPA Baş katibi Mehmet Süreyya Er Türk xalqlarının daha da yaxınlaşması və inteqrasiyası, inteqrasiyanın konseptual əsaslarının hazırlanması, elm və təhsil sahəsində əməkdaşlığın qurulmasında Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin önəmli vurğulayıb.
İkitərəfli görüş zamanı tərəflər görülən işlər və tərəfdaş təşkilatların təşəbbüsləri barədə fikir mübadiləsi aparıb, BTA ilə TÜRKPA Katibliyi arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Qardaş ölkələr arasında elmi əməkdaşlığın inkişafına yönəlmiş birgə tədbirlərin, ortaq fəaliyyət planının həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda BTA prezidenti TÜRKPA Baş katibinə və nümayəndə heyətinə Akademiyanın nəşri olan kitabları təqdim edib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)