Nida Xəbər
Qadağan edilən informasiyaları yayan saytlara xəbərdarlıq - Qanun dəyişdirilir
Qadağan edilən informasiyaları yayan saytlara xəbərdarlığın məzmununa dair tələb dəyişdirilir.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişiklik layihəsinə əsasən, xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.
Hazırda qüvvədə olan qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir.
Digər bir dəyişikliklə isə bu prosedur internet informasiya ehtiyatının müvafiq hissəsinə, bir və ya bir neçə veb səhifəsinə də şamil olunacaq. Belə ki, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edəcək.
Hazırkı qanunvericiliyə əsasən isə xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































