Nida Xəbər
“Mən yaşamaq istəyirəm!” - “Davam”dan xeyriyyə yarmarkası/FOTOLAR
Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin tərəfdaşlığı ilə Sahil bağı ərazisində “Mən yaşamaq istəyirəm” adlı xeyriyyə yarmarkası baş tutub.
Bu barədə Publika.az-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.
Yarmarka “Hər yardımınla bir həyat xilas et!” devizi altında keçirilib. Burada müxtəlif sənətkar və sahibkarların əl işləri, kitab, geyim və yeyinti məhsullarının təqdim olunduğu 101 stend yer alıb. Əldə edilən gəlir 4 leykemiya və bir SMA xəstəsi olan körpənin müalicə xərclərinin qarşılanmasına sərf olunub.
Qeyd edək ki, xeyriyyə yarmarkası “Davam” Səhiyyə Klubunun təşəbbüsü, “Davam” Gənclər Hərəkatı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə start verilən “Leykemiya ilə mübarizə ayı” adlı layihə çərçivəsində həyata keçirilib.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)

.jpg)
























