Nida Xəbər
Mədət Quliyev: "Zəfər yolu velosipedçilər üçün çox rahatdır"
Bunu müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə bağlı danışarkən deyib.
O, Qarabağın digər bölgələrində də yarışların keçirilə biləcəyini söyləyib: "Hər il belə turnirlər təşkil etmək planımızda var. Zəfər yolu peşəkar velosipedçilər üçün çox maraqlıdır. 71 km uzunluğu olan yolda yoxuşun hündürlüyü 2 km 450 metrə yaxındır. Bu da velosipedçilərə maraqlı gəlir".
"Bu gün ulu öndər Heydər Əliyevi yada salmamaq olmaz. Onun ruhu buradadır. Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan ulu öndərin dediyi yolla gedir. Onun nəticəsidir ki, Prezidentimiz 2020-ci ildə 44 gün ərzində torpaqlarımızı bizə qaytardı. Bu gün qısa zamanda gözəl infrastruktur hazırlanıb. Müxtəlif ölkələrin təmsilçiləri də yolun çox yaxşı olduğunu bildiriblər. Turnir Zəfər yolunda baş tutdu. Prezident İlham Əliyev tərəfindən hazırlanan bu yolda belə yarışın keçirilməsi bizim xalqımızın, belnəlxalq velosiped idmanının beynində həkk olunacaq və tarixən qalacaq", - deyə, M.Quliyev bildirib.
(report)
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)
















.jpg)







.jpg)


