Nida Xəbər
Səxavət Məmmədovun oğlu: "Ağdamda qürurverici hisslər yaşadım"
Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, o, səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
“Komitənin rəhbərliyinə və bütün kollektivinə səfərin bu qədər yüksək səviyyədə və uğurlu təşkilinə görə minnətdarlığımı bildirirəm. Arzum budur ki, qürbətdə olan digər insanlarımız da işğaldan azad edilən torpaqlarımıza gəlsinlər, doğmalarının məzarlarını ziyarət etsinlər və təskinlik tapsınlar” - o qeyd edib.
Bəxtiyar Məmmədov hələ də bu ziyarətin təsiri altında olduğunu söyləyib:
“23 iyulu biz həmişə Ağdamın işğal günü, Ağdam şəhidlərinin anım günü kimi qeyd edirdik. Bu gün isə o tarixə çox yaxın bir gündə mən bir güllə atılmadan azad olunan Ağdama gedib atamın məzarını ziyarət edə bildim. Bu mənada qürurverici hisslər yaşadım. Bu hissləri bizə yaşadan ilk növbədə canını vətənə fəda edən şəhid və qazilərimizdir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm. Dövlətimizə, Ali Baş Komandana güc, iradə və haqq işində uğurlar diləyirəm. Biz xaricdəki azərbaycanlılar da hər zaman xalqımızın, dövlətimizin yanında olacağıq”.
Qeyd edək ki, iyulun 20-də mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən səfər zamanı Bəxtiyar Məmmədov atasının məzarını ziyarət edib.
Qeyd edək ki, uşaqlıqda teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.
(Moderator.az)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

