Nida Xəbər
Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
Münhendə Azərbaycanın Triatlon Federasiyasının nümayəndəsinin də qatıldığı Avropa Triatlon Birliyinin (European Triathlon Union, ETU) illik konfransı keçirilib.
Azərbaycan Triatlon Federasiyasından Publika.az-a bildiriblər ki, konfransda Avropa Triatlon Birliyinin ötən illik fəaliyyəti və yaxın 12 ay ərzində fəaliyyət planı müzakirə edilib.
2023-cü ildə nəzərdə tutulmuş fəaliyyətlərdən biri də Avropa Triatlon Düşərgəsinin (European Triathlon Camp) keçirilməsidir. Azərbaycan Triatlon Federasiyası bu mötəbər idman tədbirinin Azərbaycanda keçirilməsi üçün ETU təşkilatına rəsmi müraciət etmək niyyətindədir. Düşərgə üçün ölkənin seçilməsi müsabiqə yolu ilə təkliflər paketinin təhlili əsasında müəyyən edilir.
Tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı şanslara gəlincə, Azərbaycanın müxtəlif formatlı idman tədbirlərinin, o cümlədən “Bakı-2015” Avropa Oyunlarının təşkilində böyük təcrübəsi nəzərə alınaraq düşərgə ilə bağlı müsbət qərar verilə bilər. Bu tip tədbirlərin tələblərinə Azərbaycan tam olaraq cavab verir. Ölkədə orta dağlıq ərazidə məşq üçün infrastruktur və bir neçə yerdə açıq su hövzəsi vardır. Azərbaycanın coğrafiyası və əlverişli iqlimi müxtəlif idman növləri, o cümlədən triatlon üzrə düşərgələrin təşkili üzrə tələblərə tam cavab verir.
Federasiyada bu tədbir çərçivəsində Azərbaycan atletlərinin və digər Avropa ölkələrindən olan idmançıların iştirakı ilə birgə yarışın keçirilməsi də istisna deyil.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

