Nida Xəbər
Əliyevlə Paşinyan əsas qərarı bu şəhərdə verə bilər – Müsahibə
Publika.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldə ikinci dəfə görüşü baş tutdu. Bu görüşdən olan gözləntilər və nəticələr nədən ibarət idi?
- Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təsəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında sonuncu görüşün nəticəsi olaraq açıqlanmışdı ki, razılaşdırılmış növbəti görüş olacaq. Məhz məsələlərin həllini diqqətdə saxlamaq üçün iyul və ya avqust ayında yenidən Brüsseldə liderlərin görüşü planlaşdırılırdı. İyul ayı artıq arxada qaldı, artıq avqust da bitmək üzrədir. Görünür, elə Hikmət Hacıyevlə Armen Qriqoryan bu məsələləri müzakirə edib. Ola bilsin ki, bu, Moskva tərəfindən müəyyən qısqanclıqla qarşılansın. Çünki ötən gündən erməni tərəfindən xəbər yayılıb ki, guya liderlər Vladimir Putinin vasitəçiliyi ilə Moskvada görüşəcəklər. Amma görüşün harada olub-olmaması bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Azərbaycan üçün əsas olan həllini gözləyən məsələlərin ciddi müzakirəsi və qərarların verilməsidir. Hələ ki, ciddi bir irəliləyiş yoxdur. Digər məsələlərin reallaşması, kommunikasiyaların açılması ilə bağlı ara-sıra Ermənistandan açıqlamalar eşidilir. Amma real addımlar yoxdur.
- Sizcə, Brüssel görüşündə verilən qərarların sonrakı dövrdə effektivliyi və əhəmiyyəti nə dərəcədə təsirlidir?
- Qərar verən liderlərdir. Yəqin ki, Avropa İttifaqının nümayəndəsi məhz liderlərin görüşünə hansısa hazırlıqla bağlı addımların atıldığına işarə edir. Bir neçə gündür ki, Ermənistanda xəbərlər yayılır ki, artıq Azərbaycanı Naxçıvanla birləşdirəcək avtomobil yolu açıla bilər. Bu istiqamətdə xəbərlər yayılır. Ola bilsin ki, Brüsseldə bu istiqamətdə müəyyən fikir mübadiləsi aparılıb. Amma bu məsələlərdə əsas liderlərin görüşü və verəcəyi qərarlar önəmlidir.
- Son gərginliklər fonunda Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına ümid qalırmı?
- Sülh sazişi üzərində ümumiyyətlə iş getmir. Ona görə də, biz diqqəti bu arada məhz Qarabağa fokslamalıyıq. Əsas məsələləri burada, öz daxilimizdə həll etməliyik. İndi artıq Laçın məsələsi də həllini tapır. Laçın yolu, kommunikasiya, elektrik xəttləri, qanunsuz çəkilmiş qaz kəmərləri bizim nəzarətimizə keçir. Bu istiqamətdə irəliləyişlər var. Amma çox təəssüf ki, Ermənistanla danışıqlarda irəliləyişlər yoxdur.
- Brüsseldən fərqli olaraq Moskva görüşündə Zəngəzur dəhlizinin gündəmdə olacağı gözlənilir. Rusiyada tərəflər arasında bu məsələdə hansısa ciddi razılığın olacağı ehtimalı varmı?
- Moskva görüşündə əsas müzakirə mövzusu kommunikasiya xəttlərinin açılması ola bilər. Laçın dəhlizi məsələsi ətrafında heç bir mövzu müzakirə edilmir. Rusiyadan başqa biz Qarabağ mövzusunu heç kəslə müzakirə etmirik. Çünki Qarabağda rus sülhməramlıları müvəqqəti olaraq yerləşib. Biz Ermənistanla Ermənistan-Azərbaycan arasındakı məsələləri müzakirə edirik. Qarabağa aid artıq nə varsa, o, bizə aiddir. II Qarabağ müharibəsindən sonra bu məsələləri özümüz həll edirik. Ümumiyyətlə, kommunikasiya xəttlərinin açılmasında olan irəliləyiş digər istiqamətdə olan məsələlərə də təsir edəcək. Məhz liderlərin görüşündən sonra yaranacaq real nəticələrə uyğun fikir mübadiləsi aparmaq mümkün olacaq.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var








.jpg)
.jpg)









.jpg)




.jpg)












