Nida Xəbər
45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura!
“45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq. Bu gün açılışı planlaşdırılan Zəngilan Beynəlxaq Hava Limanı bizlərə bu şansı yaşadacaq. Azərbaycan iki ildən az müddətdə işğaldan azad olunan ərazilərimizdə artıq ikinci beynəlxalq hava limanını istifadəyə verir. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunmasından, eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək:
“Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir. Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə üç hava limana niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər üç hava limanı bütün növ təyyarələri qəbul edə biləcək”.

Millət vəkili vurğulayıb ki, bu gün açılışı olacaq Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir:
“Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.
Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğu üçün bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir. Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun. Şərqi Zəngəzura xoş gəldiniz!”.
Akqabay Mıradov
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ






.png)


























.jpg)


