Nida Xəbər
Respublikaçılar elan etdi: Bayden və ailəsi ilə bağlı təhqiqat başladı
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvləri Ceyms Komer və Cim Cordan prezident Co Bayden və onun ailə üzvlərinə qarşı təhqiqata başlandığını elan ediblər.
Publika.az xəbər verir ki, onların mətbuat konfransı C-SPAN saytında yayımlanıb.
Onların fikrincə, bu təhqiqat prioritet məsələyə çevrilib, çünki onlar Bayden ailəsinin biznes fəaliyyətinin ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edib-etmədiyini öyrənməyə çalışırlar, üstəlik, respublikaçılar ölkə prezidentinin qərəzsiz rəhbər olub-olmamaq qabiliyyətini müəyyən etmək istəyirlər. Konqresmenlər, həmçinin Baydenin, oğlu Hunterin xaricdəki qanunsuz fəaliyyətinə cəlb olunduğunu bildiriblər.
Bundan əvvəl Komer ABŞ Prezidentinin ailəsinin maliyyə əməliyyatlarını araşdıracağına söz vermişdi. O qeyd etmişdi ki, Respublikaçılar Partiyası bir neçə ildir ki, Hunter Baydenin maliyyə fırıldaqlarını araşdırıb. Komer, həmçinin bildirmişdi ki, respublikaçılar Nümayəndələr Palatasında çoxluğu qazana bilsələr, 2024-cü ilin yanvarında araşdırmanın nəticələrini dərc edəcəklər.
“Daily Mail” qəzeti də mənbəyə istinadla Baydenin oğlunun biznesində iştirakı barədə yazıb. Nəşrin sözlərinə görə, 2012-ci ildə Bayden, oğlu Hunter, tərəfdaşları və bir sıra digər şəxslərlə telefon danışığında aktiv iştirak edib. Dialoq zamanı onlar Latın Amerikasında yeni onlayn azart (qumar) oyunlar layihəsini müzakirə ediblər.
Oktyabrın əvvəlində bildirilmişdi ki, federal agentlər ABŞ prezidentinin oğluna qarşı silahların alınması ilə bağlı vergi cinayətləri və yalan şahidlik ittihamları irəli sürmək üçün kifayət qədər sübut toplaya biliblər. Kiçik Baydenə qarşı ittiham irəli sürmək qərarı Delaver ştatının federal prokuroru tərəfindən qəbul olunacaq.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

.jpg)


























