Nida Xəbər
Baydenin bu fotosu olay oldu – “Dəhşət filmindəki kimi...”
Amerikanın “DC Patriot” nəşrinin jurnalisti və siyasətçi Mindi Robinson (Mindy Robinson) ABŞ Prezidenti Co Baydenin Nantaket adasına işgüzar səfəri zamanı uşaqlarla çəkilmiş şəklinə lağ edib.
Publika.az xəbər verir ki, M.Robinson Amerika liderini qorxu filmi qəhrəmanı ilə müqayisə etdiyi şərhi fotonun yerləşdirildiyi “Nantucket Current”in “İnstaqram” hesabında yazıb.
“Dəhşət filmindəki kimi. Kimsə uşaqları xilas etsin”, - Robinson yazıb. Sosial şəbəkənin digər istifadəçiləri də onun sözləri ilə razılaşıblar. “Necə də qorxuncdur”, “Yaxşı ki, qapı bağlı olub”, “Mənə yazıçı Stiven Kinqin romanlarından nəyisə xatırladır. Sadəcə olaraq, dəhşətlidir”, - deyə onlar şəklin altındakı şərhlərdə yazıblar.
Bununla belə bəziləri prezidentin uşaqlarla çəkdirdiyi fotonun pozitiv olduğunu hesab ediblər. “Bu çox gülməli və cazibədardır. Qızlar bu hadisəni həmişə xatırlayacaqlar”, - deyə sosial şəbəkə istifadəçilərindən biri bildirib.
Co Baydenin şəffaf qapıdan restorana baxdığı fotosu noyabrın 28-də “Nantucket Current” tərəfindən yayımlanıb. Kadrda iki qız selfi çəkir, onların arxasında isə ABŞ prezidenti dayanır. Nəşr qeyd edir ki, dövlət başçısı yerli restoranın yanından keçən zaman bir qrup uşaq onu çağırmağa başlayıb. Bayden cavab olaraq müəssisənin qapısına yaxınlaşıb, bundan sonra orada olanlar onun şəkillərini və videolarını çəkiblər.
Səxavət
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

