Nida Xəbər
Blinken Polşaya gedəsi olmadı - ATƏT sammitində Vaşinqtonu o təmsil edəcək
ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Polşada keçiriləcək iclasında Vaşinqtonu ABŞ Dövlət Departamenti rəhbərinin müavini Viktoriya Nuland təmsil edəcək.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Məlumatda deyilir: “Dövlət katibinin müavini Nuland ABŞ-ın ATƏT-in təsis prinsiplərinə – təhlükəsizliyin, rifahın, insan haqlarının və ərazi bütövlüyünün yüksəldilməsi kimi öhdəliklərə sadiqliyini bir daha təsdiq edəcək”.
Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edə bilməyəcək. Buna səbəb Polşa hökumətinin Sergey Lavrova Varşavaya gəlmək üçün viza verilməsindən imtina etməsidir. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Sergey Lavrova viza verilməsindən imtina edilməsi presedentsizdir və təxribat xarakteri daşıyır.
Səxavət
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)

.jpg)



























