Nida Xəbər
Azərbaycan öz zirehli vasitələrinin istehsalı üçün kifayət qədər potensiala malikdir - Ekspert
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı qeyd edib ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Və bu, ixracyönümlü sənaye olacaq. Ölkə başçısı bildirib ki, Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin yəni, bu bazar boş qalır. Ona görə biz bu bazarı doldurmalıyıq və biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik.
Sözügedən ixracat zamanı Azərbaycan hansı hərbi təyinatlı məhsulları ixrac edəcək və dünya bazarına çıxaracaq?
Hərbi ekspert Ədalət Verdiyev Publika.az-a açıqlamasında bildirib ki,məlum olduğu kimi son zamanlar dünyada baş verən münaqişələr kifayət qədər ciddi sayda silah və sursatların sərf olunması ilə nəticələnib.

“Bu səbəbdən dünya bazarında hazırda boşluqlar mövcuddur. Bu boşluğu doldurmaq üçün Azərbaycan müdafiə sənayesinin inkişafına vəsait ayrılıb”.
“Hazırda dünya silah bazarında ehtiyac duyulan hərbi təyinatlı məhsullar əsasən pilotsuz uçuş aparatlarının müxtəlif versiyaları, idarəolunan silah sistemi və radioelektron mübarizə vasitələridir”.
Ə.Verdiyev qeyd edib ki, Azərbaycan bu sahədə daha çox İsrail və Türkiyə ilə əməkdaşlıq edir: “Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan pua və idarəolunan sursatların dünya bazarına çıxarılmasında uğurlu nəticələr əldə edə bilər”.
Ekspert hesab edir ki, Azərbaycan öz zirehli vasitələrinin istehsalı üçün kifayət qədər gücə və potensiala malikdir. Bu sistem, münaqişələr zamanı zərurət duyulan sistemlərdən biridir.
“Ölkəmiz artıq dünya silah bazarına daha çox pilotsuz silah vasitələr, avtomatik silahlar, zirehli silahlar, antimaterial silahlar çıxarmaq iqtidarına sahibdir. Bu istiqamətdə Türkiyə ilə əməkdaşlığımız isə idarəolunan silahların o cümlədən aviasiya bombaların da ixracına imkan verə bilər”, - deyə ekspert vurğulayıb.
Ayşən Rəhim
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





