Nida Xəbər
Məkrli planlar var - Politoloq səfirlikdəki terrordan danışdı
“Bu xain hücum Xüsusi Xidmət Orqanlarının məkirli planlarından xəbər verir. Ümumiyyətlə, İranda olan heç bir səfirliyin təhlükəsizliyi qorunmur. Bu, hal deməyə əsas verir ki, artıq İranda belə hadisələr tez-tez baş verə bilər. Digər Azərbaycan səfirliklərinin mühafizəsini qorumaq da, bu gün önəmli prioritetdir və tədbirlər görülməlidir ki, bir daha bu cür mənfi hadisələr təkrarlanmasın. Bildiyimiz kimi, ötən il Londondakı səfirliyimizə hücum təşkil olunmuşdu və dini şüarları əks etdirən bayraqlar asılmışdı. Görünən odur ki, bütün prosseslər eyni mərkəzdən idarə olunur. Bütün bunlar ölkəmizə qarşı xain zehniyyətdən çıxış edən qüvvələrin işləridir”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, İran tərəfi Azərbaycanın diplomatik nümayəndəliyini etibarlı şəkildə qorumalı idi: “Lakin biz görürük ki, terrorçu çox rahat bir şəkildə səfirliyin binasına daxil olur və "Kalaşnikov" avtomatı ilə mühafizə əməkdaşlarını güllələyir və bir nəfər şəhid olur, iki nəfər isə yaralanır. Azərbaycanın İrandakı səfirliyinə edilən hücum 1815-ci il Viyana Kanvensiyasına ziddir”, - o deyib.
İ.Hüseynov qeyd edib ki, terror hücumunun izlərini çaşdırmaq üçün İran həqiqətə uyğun olmayan məlumatlar yayır.
“Yayındırıcı fikirlər dolaşır. Sanki məsələ “ailədaxili” münaqişə zəmnində baş verib. Eyni zamanda yayılan ilk məlumatda terroru törədən şəxsin erməni olduğu qeyd olunmuşdu. Bu açıq-aşkar istintaqın gedişatını yayındırmaq üçün atılan addımlardır və bu mahiyyəti daşıyır”.
Politoloqun sözlərinə görə, Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi bir zamanda İranın bu məsələyə arqumentləşdirilmiş, tutarlı və həqiqəti özündə əks etdirən açıqlama verməsi zərurətdir.
Ayşən Rəhim
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə3 Avqust 21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək







.jpg)



.jpg)















.jpg)
.jpg)






