Nida Xəbər
Rusiyada Heydər Əliyevlə bağlı sərgi açıldı
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işgüzar səfərdədir.
Publika.az xəbər verir ki, nümayəndə heyəti Moskvada TASS agentliyinin mənzil-qərargahına gəlib. Burada Azərbaycan nümayəndə heyətini TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun müavini Mixail Qusman və digər şəxslər qarşılayıblar.
Nümayəndə heyəti agentliyin mənzil-qərargahı qarşısındakı meydanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub.
Sərgidə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş etdirilir. Burada Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolar öz əksini tapıb. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini əks etdirən fotolar da sərgilənib. Sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Azərbaycan nümayəndə heyəti ilə agentliyin rəhbər şəxsləri arasında görüş keçirilib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinə göstərilən yüksək diqqətə və sərginin təşkilinə görə təşəkkürünü bildirib. Spiker diqqətə çatdırıb ki, Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və güclü iradəsi tariximizin ən taleyüklü məqamlarında ona öz xilaskarlıq missiyasını uğurla həyata keçirməyə imkan verib. Ulu öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qədirbilən xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır.
Söhbət zamanı TASS agentliyinin baş direktoru Sergey Mixaylov və agentliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs edib, onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında oynadığı roldan, SSRİ rəhbərliyində təmsil olunduğu illərdə gördüyü böyük işlərdən danışıblar.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Mixail Zabelin, Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)









.jpg)













.jpg)



.jpg)

