Nida Xəbər
“Ermənistan üzr istəməlidir” - Hikmət Hacıyev
“Sülhün təmininə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.
O, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlardan söz açıb. Bildirib ki, başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı.
Hikmət Hacıyev Laçın yolunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Ermənistanın Qarabağın erməni əhalisinin “humanitar böhran” yaşaması iddiası ilə bağlı suala cavabında bu fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb.
“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz. Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”, - deyə əlavə edib.
-
Elm və təhsil11:00Aytən Rəhimliyə yeni vəzifə verildi
-
MDB10:30Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
-
ABŞ10:12Vensin dördüncü övladı dünyaya gəldi
-
Köşə09:24120 dəqiqəyə sığmayan final və ya Messinin top istəyən baxışları
-
Avto07:15Maşın bazarında niyə alıcı tapılmır? - Video
-
ABŞ06:46ABŞ-dan İrana ardıcıl doqquzuncu gecə hücumları dalğası
-
ABŞ01:40ABŞ hərbçisi həlak oldu - Pentaqon açıqlama yaydı
-
Qoroskop01:20Günün ulduz falı: Risk almaqdan qorxmayın!








.jpg)








.jpg)




















