Nida Xəbər
Heydər Əliyev Bolqarıstan türklərini repressiyadan necə xilas edib? - FOTO
Türk Ağsaqqalları Birliyi -TAİB-in Mərkəzi Ofisində, Bolqarıstan türkü, “Bultürk” Bolqarıstan türkləri Mədəniyyət və Xidmət Birliyinin sədri, araşdırmaçı yazar Rafet Ulutürkün iştirakı ilə “Heydər Əliyev və Azərbaycan-Bolqarıstan əlaqələr: Ulu öndərin Bolqarıstan türkləri qarşısında tarixi xidmətləri” mövzusunda dəyirmi masa keçirilib.
Publika.az xəbər verir ki, Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən tədbirdə, TAİB İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə açan TAİB sədrinin müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov ulu öndərin hələ Sov.İKP MK Siyasi bürosunun üzvü, Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə sosialist ölkələrində yaşayan türk mənşəli xalqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətindən və onun bu yöndə prinsipial mövqeyindən bəhs edib.
Tədbirdə Rafet Ulutürk Bolqarıstan türklərinin Heydər Əliyevə xüsusi sevgisindən söz açaraq, ulu öndərin xidmətlərini heç vaxt unutmayacaqlarını bildirib. Qonaq öz çıxışında maraqlı tarixi fakt barədə iştirakçılara geniş məlumat verib. O, qeyd edib ki, 1980-ci illərin əvvəllərindən başlayaraq Bolqarıstan türklərinə qarşı repressiya aparılıb. Həmin dövrlərdə Heydər Əliyev Sov.İKP MK Siyasi bürosunun üzvü kimi Bolqarıstana bir neçə dəfə səfər edib. Burada türklərin ad və soyadlarının zorla dəyişdirilərək bolqarlaşdırılması prosesi gedirdi, Ramazan və Qurban bayramları qadağan edilmişdi, 4 min türk qətlə yetirilmiş, 30 min nəfəri zindana salınmışdı”.
R. Ulutürkün sözlərinə görə, H.Əliyev Todor Jivkovun antitürk siyasətini tənqid edərək bu prosesin dayandırılmasını SSRİ rəhbərliyi adından tələb edib: “Heydər Əliyevin müdaxiləsindən sonra bu proses dayandırılır” –deyə Ulutürk vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olmuş Aleksandr İvanovun da bu tarixi fakt barədə maraqlı qeydləri var. Aleksandr İvanov xatirələrində qeyd edir ki, Heydər Əliyevin Todor Jivkovla sərt telefon danışığının şəxsən şahidi olub.
Rafet Ulutürk sonda vurğulayıb ki, Bolqarıstan türkləri Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq, onun ruhunu daim ehtiramla yad edəcəklər.
R.Ulutürk onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətini diqqətlə izləyir və Azərbaycanın türk xalqları arasında əlaqələrin inkişafı prosesinə verdiyi töhfələri yüksək qiymətləndirir.
Dəyirmi masada Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü ürəkaçan səviyyəsindən də söhbət açılıb. TAİB gəncləri qonağa bir sıra suallar ünvanlayıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)
























.jpg)


