Nida Xəbər
Nazir Qarabağla bağlı Avropa Şurasına müraciət göndərdi
Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin yerli özünüidarəetmə sahəsində əməkdaşlıq etdiyi Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni prezidenti Mark Kulsa müraciət ünvanlayıb.
Bu barədə Publika.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə Avropa Şurası və onun struktur qurumları, o cümlədən Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli əməkdaşlığa toxunularaq Avropa məkanında yerli demokratiyanın inkişafında Konqresin rolu qeyd edilib. Qurumun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamlarından və qərəzli münasibətindən dərin təəssüf və kəskin etiraz ifadə olunub.
Bildirilib ki, Konqresin bu addımı onun nüfuzuna və etibarına xələl gətirməklə regionda davam edən sülh səylərinə ciddi ziyan vurur. Qəbul olunan bəyannamədə qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı Azərbaycanın öz ərazilərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin mahiyyəti və konteksti ciddi şəkildə təhrif edilib və qurumun qərəzli mövqeyi regiona səfər edən BMT missiyasının və Avropa Şurası İnsan hüquqları üzrə komissarının qiymətləndirmələrinə uyğun gəlmir.
Eyni zamanda, birtərəfli şəkildə qəbul edilmiş sənəddə Azərbaycan hökumətinin yerli erməni sakinlərinin ehtiyaclarının tez bir zamanda ödənilməsi, dialoqun davam etdirilməsi və reinteqrasiya ilə bağlı gördüyü tədbirlər barədə heç nə deyilmir.
Ədliyyə naziri Azərbaycan tərəfinin Konqresdən obyektiv yanaşma gözlədiyini, belə bir mötəbər qurumun əsassız manipulyasiya xarakterli ittihamları təkrarlamaqdansa, öz səlahiyyətləri çərçivəsində bu məsələlərə lazımi diqqət yetirəcəyinə ümidvar olduğunu söyləyib. Qurumun yeni prezidentinin Konqresin siyasi məqsədlər üçün istifadə olunmasına imkan verməyəcəyinə inamını ifadə edib.
Müraciətin mətni diplomatik kanallar vasitəsilə göndərilib, həmçinin ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən yeni rəhbərliyə təqdim olunub.
-
Dünya13:28Ələ keçirilən İran gəmisi nə daşıyırmış? - Şok iddia
-
Sosial13:10Metronun bütün stansiyalarına giriş məhdudlaşdırıldı: Sərnişinlər evakuasiya edildi - YENİLƏNDİ
-
İqtisadi gündəm12:14Rusiyada əhaliyə şad xəbər: Kartof ucuzlaşır - Azərbaycana təsir edəcək?
-
Nida Xəbər 11:57Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
-
Dünya11:22İranla münaqişədən sonra ABŞ-ın dünyadakı rolu: Ağlabatan bir şəxs prezident olarsa...
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Donbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi







.png)



























