Nida Xəbər
MSK Elton Məmmədovun deputatlığa namizədliyini ləğv etdi
Deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Bildirilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib.
Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.
MSK üzvü qeyd edib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.
Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub.
Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
-
İdman01:05Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
-
İdman00:41Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art10 Dekabr 22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB10 Dekabr 21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var
-
Elm və təhsil10 Dekabr 20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial10 Dekabr 20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR



























.jpg)








