Nida Xəbər
Bülbüloğludan Rusiyaya təyin olunacaq yeni səfirlə bağlı AÇIQLAMA
Azərbaycanın Rusiyadakı yeni səfiri postuna namizəd hələ müəyyən edilməyib.
Publika.az xəbər verir ki, bu barədə diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində bildirib.
Bununla belə, 79 yaşlı diplomat sözügedən postda onu əvəz edəcək xələfinə uğurlar arzulayıb.
Xələfinin bu vəzifədə hansı tapşırıqları yerinə yetirəcəyi ilə bağlı suala cavab verən P.Bülbüloğlu qeyd edib: “Ümidvarıq ki, o, hansısa qlobal məsələlərlə məşğul olmayacaq, çünki bu gün bu cür məsələlər mövcud deyil. Lakin iki ölkə arasında gündəlik çox genişdir. Buraya tək siyasi və iqtisadi deyil, mədəni, ictimai, humanitar məsələlər daxildir. Buna görə də, əlbəttə, görüləcək iş çoxdur”.
Xatırladaq ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub. O, sentyabrın 1-i keçiriləcək parlament seçkilərində iştirak edəcək və 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.
-
Nəqliyyat20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya


































.png)



