Nida Xəbər
YAP-da yeni təyinatlar
Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə Publika.az-a YAP-dan məlumat verilib.
Bildirilib ki, iclasda YAP Xətai və Nərimanov rayon təşkilatlarına sədr təyin olunması məsələsinə baxılıb, Ramil Kamil oğlu Mirzəyevin və Elçin Bəybala oğlu Quliyevin namizədliyi ətrafında müzakirələr aparılıb.
YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Şahin İsmayılov, Mübariz Qurbanlı, Hikmət Məmmədov, Bahar Muradova, Elmar Qasımov, Azər Badamov, Kamal Cəfərov, Bayram Aslanov və Əfsun Sucayev çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra Ramil Kamil oğlu Mirzəyevin YAP Xətai rayon təşkilatının, Elçin Bəybala oğlu Quliyevin isə Nərimanov rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub.
Hər iki şəxs çıxış edərək partiya rəhbərliyinə təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu dönəmdə YAP yerli təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.
YAP Mərkəzi Aparatının rəhbəri yeni təyin olunmuş sədrləri təbrik edərək onlara göstərilən yüksək etimadı doğruldacaqlarına inamını ifadə edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı


































