Nida Xəbər
XİN rəhbəri: Ermənistan tərəfi ilə növbəti görüş...
Hazırda Azərbaycan nümayəndə heyətinin diqqəti COP29-dadır və və dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, belə bir görüşün dekabr və ya yanvar ayında olması sonrakı məsələdir:
“Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur”, - o deyib.
C.Bayramov erməni tərəfinin iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı bəyanatlarına cavab olaraq xatırladıb ki, bu yeni mövzu deyil.
“2020-ci il Üçtərəfli bəyanatda buna dair xüsusi bənd mövcuddur. Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra demək olar ki, razılıq əldə olunub sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi”, - o deyib.
XİN rəhbəri bildirib ki, əgər bununla bağlı elanlar yoxdursa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur:
“Azərbaycan öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işləri sürətlə aparır və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırlacaq”.
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü







.webp)



























