Nida Xəbər
Ordumuzun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.
Təlim uçuşlarının keçirilməsində başlıca məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir. Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirilib.
-
Nida Təhlil 00:35Danışıqlardan imtina və Trampdan Pekinə zəng: İrana hücum planı işə düşür
-
İdman4 Fevral 23:35Kriştiano Ronaldo tapıldı
-
Nəqliyyat4 Fevral 22:30Bir sıra yollarda sürət həddi endirildi
-
Ekologiya4 Fevral 20:36Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu
-
MDB4 Fevral 20:24Putin onu vəzifəsindən azad etdi
-
Dünya4 Fevral 19:30Əbu-Dabidəki üçtərəfli görüş başa çatdı
-
Elm və təhsil4 Fevral 19:10Həmin müəllimlərlə bağlı nazirliyə müraciət etmişik - Məleykə Abbaszadə
-
Nida Xəbər 4 Fevral 17:44Bu mükafatı almaq böyük şərəfdir - İlham Əliyev













.jpg)






















