ABŞ
Daha bir ölkə Rusiyanın güdazına gedir - ABŞ sərt cəzalandıracaq
ABŞ administrasiyası Əlcəzairin Rusiyadan qırıcı təyyarələr alması səbəbindən bu ölkəyə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə bürosunun rəhbəri Robert Palladino məlumat verib.
Senatda keçirilən dinləmələr zamanı senatorun sualını cavablandıran diplomat təsdiqləyib ki, bu növ hərbi sövdələşmələr Vaşinqtonda ciddi narahatlıq doğurur.
Palladino vurğulayıb ki, Dövlət Departamenti "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət göstərilməsi haqqında qanun"un (CAATSA) tələblərinə əməl olunmasını təmin etmək öhdəliyi daşıyır. Onun sözlərinə görə, Rusiyadan hərbi texnika alışı kimi iri maliyyə əməliyyatları birbaşa məhdudlaşdırıcı tədbirlərin görülməsinə səbəb ola bilər.
"Biz bu məsələləri diqqətlə izləyirik və qanunvericiliyin tələblərindən irəli gələn addımların atılması istisna deyil", - deyə diplomat qeyd edib.
ABŞ rəsmisi həmçinin əlavə edib ki, Vaşinqton Əlcəzair hökuməti ilə müxtəlif razılaşmalar üzərində sıx işləyir. Bununla belə, hərbi satınalmalar da daxil olmaqla bir çox strateji mövzularda tərəflər arasında hələ də ciddi qeyri-müəyyənliklər və "açıq qalmış məqamlar" mövcuddur.
Hüseyn İbadlı
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?



























.jpg)











