Nida Xəbər
Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edildi
NATO-nun Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycana səfəri zamanı NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi təhsil müəssisələri və "N" hərbi hissəsini ziyarət edib.
Qeyd edilib ki, NATO nümayəndə heyəti əvvəlcə Heydər Əliyev adına Hərbi İnstitutda olub. Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti, tədris proqramları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər haqqında brifinq təqdim edilib.
Daha sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzi ziyarət edilib. Burada qonaqlar 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən “Təlim və məşq kursu”nu izləyiblər. Sonra NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsini ziyarət edib.
Qonaqlara hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib. Görüşdə Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolundan, Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda nümayəndə heyəti NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Dənizdə qadağa əməliyyatları üzrə göyərtə-axtarış qrupunun döyüş hazırlığı üzrə məşğələsini izləyib.
-
ABŞ06:16Gözü göyərib? - Tramp Makronun eynək taxmasını ələ saldı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyə baxımından yüksəliş dövrü başlayır
-
İdman01:20Qurban Qurbanov: Düzgün, geniş şərhi prezidentimiz verdi
-
İdman00:50Dennis Şmidt “Qarabağ”a məğlubiyyəti belə şərh etdi: Sehirbaz deyilik...
-
İdman00:25Bəhlul Mustafazadə tarixə düşdü
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu
-
Elm və təhsil21 Yanvar 20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ






















.jpg)











