Nida Xəbər
Xankəndidə Heydər Əliyevin anım günü keçirildi - FOTO
Xankəndidə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə Azərbaycan bayrağının ucaldılmasını, Xankəndi müjdəsini, həm Heydər Əliyevin 100 illiyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb və Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına bu müraciətini xatırladıb:
"Mən İlham Əliyevə özüm qədər inanıram". Prezident İlham Əliyev də ona olan bu inamı doğrultdu. Xankəndi, Xocalı və Ağdərə, o cümlədən digər yaşayış məntəqələrimiz 2023-cü ildə işğaldan azad edildi. Bu gün Şərqi Zəngəzur da azaddır. Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə, Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi".
Digər ziyalılar, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.
Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı dediyi fikirləri əks etdirən çıxışına dair videoçarx da izlənilib.
Tədbirdə Qarabağ Universitetinin əməkdaşları, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru, idarə və təşkilat rəhbərləri, Xankəndi, Xocalı sakinləri də iştirak ediblər.
-
Kriminal18:50
Baş Prokurorluqdan Nəzrinin ölümünə səbəb olan həkimlə bağlı AÇIQLAMA - YENİLƏNDİ
-
Nəqliyyat18:45
Bu yollarda sıxlıq var - SİYAHI
-
Dünya18:07
Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər
-
Hadisə17:21
Bir ailədən 14 nəfər ölmüşdü... - Ərdoğan onları tək qoymadı
-
Nida Xəbər 17:07
Orxan Əsgərovun atası İrandakı səfirliyimizə hücum edəni bağışlayacaq?
-
Dünya16:12
Türkiyədəki yanğının dəhşətli faktı: Ailənin 14 üzvü ölüb, anasına zəng edən Gültəkin deyib ki...
-
Dünya15:48
Dünya liderlərinin məvacibləri: Ən çox hansı ölkənin rəhbəri alır?
-
Nida Xəbər 15:32
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - Təcili