Nida Xəbər
Tokayev İlham Əliyevə başsağlığı verdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə Publika.az Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir.
"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Manqistau vilayətində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipajın həlak olması barədə faciəli xəbəri dərin kədərlə qarşıladım. Bu ağır itkinin kədərini bölüşür, Sizə, həlak olanların yaxınlarına və doğmalarına, eləcə də bütün Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verirəm", - teleqramda deyilir.
Tokayev qeyd edib ki, onun tapşırığına əsasən Qazaxıstan hökuməti tərəfindən dövlət komissiyası yaradılıb: "Bu komissiya xilasetmə əməliyyatı çərçivəsində zəruri tədbirlər görür və bundan sonra da Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək".
-
İdman23:12Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazandı
-
Magazin221:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi








.jpg)
.jpg)

















.jpg)
.jpg)







