Nida Xəbər
Şərurlu İsfəndiyar məhkəməyə verilməsindən danışdı: "Nağıllar aləmində yaşayırıq"
“Emil Səməndərov adlı şəxsi tanımıram. Məni məhkəməyə verməsi haqqında da məlumatım yoxdur. Onun ünvanına “dələduz” və ya başqa belə söz işlətməmişəm”.
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Şərur MTK”nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.
“Məhkəməyə dəvət etsələr gedəcəksinizmi” sualını o, belə cavablandırıb: “Məni məhkəməyə niyə çağırsınlar ki? Bilmirəm…”
“Son zamanlar müxtəlif adamlar mətbuata açıqlamalar verərək sizin onları aldatdığınızı, pullarını alıb qaytarmadığınızı, bir mənzili bir neçə nəfərə satdığınızı iddia edirlər. Sizcə, niyə bu adamlar eyni vaxtda belə açıqlamalar verirlər” sualına cavabda isə İ. Axundov deyib:
“Biz nağıllar aləmində yaşayırıq. Hər yerindən duran, əlindən bir iş gəlməyənlər jurnalist olurlar. Bəzi jurnalistlərin fəaliyyəti mətbuata töhmət gətirir. Reket jurnalistlərin sayı həddindən artıq çoxdur. Yalandan ağıllarına nə gəlir yazırlar. Buna görə mətbuata başqa müsahibə vermək niyyətində deyiləm”.
Qeyd edək ki, “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov İsfəndiyar Axundovdan Binəqədi Rayon Məhkəməsinə şikayət edib.
Buna səbəb İsfəndiyar Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı













.jpg)





















.jpg)

