Nida Xəbər
Əli Əsədov qərar imzaladı
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib.
Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Elektron xidmətin təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyi nəzərə alınmaqla həyata keçirilir.
Elektron xidmət dövlət qurumu tərəfindən müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edildikdən, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya olunduqdan sonra EHİS vasitəsilə göstərilir.
Elektron xidmətlər informativ, interaktiv və ya proaktiv formada həyata keçirilə bilər.
Elektron xidmət göstərilməsi zamanı təminatçının əməkdaşlarının və istifadəçilərin identikləşdirilməsi EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə aparılır.
Elektron xidmətlər üzrə ödənişlər Elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmət göstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektron formada (ödəniş xidməti təchizatçıları vasitəsilə) təminatçı tərəfindən təmin edilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Önəmli xəbərlər gələ bilər
-
Sosial9 Aprel 22:48Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA
-
Art9 Aprel 21:24Litvanın Baş naziri Bakıda xalça toxudu - FOTO
-
Magazin19 Aprel 21:12"Məqsəd bununla qorxu yaratmaqdır"
-
Sosial9 Aprel 21:00“Uşaqları diləndirir, öyrədir ki, 1 yox, 5 manatı götürün” - VİDEO
-
Sağlamlıq9 Aprel 20:36Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA - Süfrənizdə bunlara yer ayırın
-
Sosial9 Aprel 20:00Sabah Bakının 3 rayonu qazsız qalacaq
-
Magazin29 Aprel 19:12Yusuf Güney həbs edildi






.jpg)
.jpg)



















.jpg)









