Nida Xəbər
Prokurorluq işçilərinin peşə bayramı Suraxanıda qeyd olundu - FOTOLAR

Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayon prokuroru Rəşid Mahmudov, RİH başçısının müavinləri və rayon prokurorluğunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev prokurorluq işçilərini Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və peşə bayramı günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.O, bildirib ki, Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. RİH başçısı qeyd edib ki, Prokurorluq işçiləri Vətənə və xalqa sədaqətlə xidmət etməyə, respublikamızın davamlı inkişafı, beynəlxalq aləmə inteqrasiyası naminə və qanunçuluğun keşiyində ayıq-sayıq dayanmaqla öz üzərilərinə düşən vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq göstərirlər.
Tədbirdə Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Rayon Məhkəməsinin sədri Rasim Kazımov Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Rayon Prokurorluğunun əməkdaşlarını təbrik edərək dövlətimizin tərəqqisi naminə onların gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıblar.
Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər haqqında danışıb. O, çıxışında dövlət başçısı İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğıdan danışaraq, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayıb. R.Mahmudov bildirib ki, Suraxanı rayon prokurorluğunun işçiləri rayonda qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparmasında mütəmadi tədbirlər həyata keçirirlər.
Tədbirin sonunda Rayon Prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub.
-
Kriminal18:30
Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
-
Magazin116:32
Cabir İmanovun həyat yoldaşı görün kim imiş - FOTO
-
Rəsmi xronika16:30
İlham Əliyev və xanımı İtaliya prezidenti ilə açılışda iştirak etdi - YENİLƏNDİ
-
Maraq dünyası15:53
Məşhur milyarder neçə övladı olduğunu bilmir: 15 il əvvəl bir dostu arvadı ilə...
-
Sosial14:56
Qiyməti artan, xidmət keyfiyyəti "yüksələn" marşrut: Rahatlıq yoxdur - VİDEO
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR
-
Sosial12:48
Sərnişinlərin nəzərinə: Avtobusda ödəniş edərkən buna diqqət yetirin - FOTO