Xəzəryanı ölkələrin HDQ komandanları görüşdü - Foto
Bizi izləyin

Nida Xəbər

Xəzəryanı ölkələrin HDQ komandanları görüşdü - Foto

Rusiyanın Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının görüşü keçirilib.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə Xəzər dənizində regional təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı, birgə təlimlərin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bununla yanaşı, tədbir çərçivəsində hidroqrafiya sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb, Xəzər dənizində naviqasiya təhlükəsizliyinin artırılması, hidroqrafik məlumatların mübadiləsi və birgə tədqiqatların təşkili imkanlarına diqqət yetirilib.

Görüşdə, həmçinin Xəzəryanı ölkələr arasında qarşılıqlı etimadın və dənizdə təhlükəsizliyin artırılması məqsədilə əməkdaşlıq formatlarının genişləndirilməsi barədə geniş müzakirə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm