Nida Xəbər
Zakir Həsənovla görüşdüm, qarşımızda parlaq bir gələcək görürük - Britaniya səfiri ilə müsahibə

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "Teleqraf" İnformasiya Agentliyinə müsahibə verib.
Publika.az onunla müsahibəni təqdim edir:
– Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edəcəyini açıqlayıb. Bu qərar Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlığa necə təsir göstərəcək?
– Bu, bizim üçün çox vacib bir andır. Bu qərarı verə bildiyimizə çox şadıq. Təbii ki, Minsk qrupunun strukturları ləğv edildikdən sonra silah embarqosunu aradan qaldırmaq mümkün oldu. Ümid edirik ki, bununla Azərbaycanla müdafiə sahəsində əməkdaşlığımızda, o cümlədən müdafiə ixracatında yeni bir mərhələ başlamış olur.
Keçən həftə müdafiə naziri Zakir Həsənovla görüşdüm, bu da müzakirə etdiyimiz mövzulardan biri idi. Qarşımızda parlaq bir gələcək görürük.
– Azərbaycan-Ermənistan sülh prosesini necə qiymətləndirirsiniz?
– Artıq üç ildən bir qədər çoxdur ki, Azərbaycanda səfir kimi çalışıram və əldə edilən irəliləyişləri görməkdən çox məmnunam. Məncə, 8 avqust hamımız üçün böyük bir addım idi. Bilirik ki, bundan əvvəl Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar aparılmışdı və bir neçə həftə əvvəl Əbu-Dabidə mühüm bir görüş olmuşdu.
“Addım-addım” (Azərbaycan dilində deyir) irəliləyirik və demək olar ki, sona yaxınlaşmışıq. Razılaşmanın paraflanması çox önəmli idi, amma eyni zamanda əlaqə və Beynəlxalq sülh və rifah naminə "Tramp marşrutu" (Trump Route for International Peace and Prosperity (TRIPP)) layihəsi barədə elan da çox vacib idi. “TRIPP” üzrə hələ işlənməli olan çətin detallar var. Razılaşma təkcə paraflanmalı deyil, imzalanmalıdır. Bu, prosesin mahiyyətini dəyişəcək bir hadisədir.
– Böyük Britaniyanın “TRIPP” və Zəngəzur dəhlizi layihələri ilə bağlı mövqeyi necədir?
– Biz bu məsələdə çox təşviqediciyik. Hazırda Böyük Britaniyanın bu layihələrə necə dəstək göstərə biləcəyinə baxırıq. Biz düşünürük ki, əsas beynəlxalq maliyyə institutlarında payçı kimi iştirakımız bu baxımdan faydalı ola bilər. London Şəhəri (City of London) dünyanın ən mühüm maliyyə mərkəzlərindən biridir və biz ümid edirik ki, bu, əlaqələndirmə layihələri üçün özəl maliyyəni cəlb etməyə kömək edəcək.
Bizim bəzi sahələrdə faydalı ola biləcək siyasət təcrübəmiz də var. Amma, əlbəttə, söhbət yalnız TRIPP-dən və ya o 42 kilometrlik hissədən getmir. Məsələn, Naxçıvanda dəmir yolunun yenidən qurulması kimi bir çox digər elementlər də var. Ümid edirik ki, Böyük Britaniya bu prosesdə mühüm rol oynaya bilər.
– Böyük Britaniya həmişə Azərbaycanla yaxın münasibətləri ilə seçilib. Ölkələrimiz arasındakı bu yaxınlıqda hansı faktorlar mühüm rol oynayır?
– Mən deyərdim ki, bu yaxınlığa bir neçə amil təsir göstərir. Əlbəttə ki, enerji, biznes və investisiya hər zaman əlaqələrimizin əsas hissəsi olub. Azərbaycan və Böyük Britaniya arasında insandan-insana münasibətlər də çox güclüdür. Məsələn, “British Council”ın burada 32 ildir fəaliyyət göstərməsi böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, dövlət təqaüd proqramına baxın — Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən maliyyələşdirilən təqaüdlər. Bu il 500 təqaüdçü var və onlardan 347-si, yəni ümumi sayın 69%-i Britaniya universitetlərində təhsil alacaq. Mənim üçün səfir kimi ən önəmli məqam budur ki, Azərbaycanın ən istedadlı gəncləri orada təhsil alacaq və bu, gələcək nəsillər üçün əlaqələrimizi daha da gücləndirəcək.
– Bəs qeyri-rəsmi strateji tərəfdaşlığın rəsmi səviyyəyə qaldırılması, bu istiqamətdə sazişin imzalanması mümkündürmü?
– Bəli, bu, bizim də niyyətimizdir. Artıq hər iki tərəf – həm Azərbaycan, həm də Böyük Britaniya bu barədə niyyətini açıqlayıb və indi bu tərəfdaşlığı necə real həyata keçirəcəyimizi müzakirə edirik. Məqsəd odur ki, münasib vaxtda, bu addım tam hazır olduqda və faydalarını maksimum dərəcədə dəyərləndirəndə rəsmi sənəd imzalansın.
– Yaxın vaxtlarda Britaniyadan Azərbaycana rəsmi səfər gözlənilirmi?
- Hazırda elan edə biləcəyimiz növbəti səfər Böyük Britaniyanın ticarət üzrə elçisi Lord Con Alderdaysın səfəridir. O, dekabr ayında Azərbaycana gələcək və biz artıq bunu təsdiqləmişik. Digər səfərlərlə bağlı da iş aparırıq, amma hələ açıqlamağa hazır deyilik.
– Yeni layihələrin olduğunu, lakin hələ detalları açıqlaya bilmədiyinizi söylədiniz. Yeni strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın əsas istiqamətləri nədən ibarət olacaq?
– Strateji tərəfdaşlıq çərçivəsində biz əsasən ticarət və investisiya, müdafiə və təhlükəsizlik məsələlərinə, təhsil, innovasiya və rəqəmsal inkişafa diqqət yetiririk. Bu, bizim üçün əsas istiqamətlərdir.
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar
-
Rəsmi xronika12:53
Sabah leysan yağacaq - PROQNOZ
-
Region12:06
Rusiya qaydaları sərtləşdirdi: Ermənilər etiraz aksiyası keçirirlər
-
Rəsmi xronika11:35
Prezident Ramiz Quliyevlə vida mərasiminə əklil göndərdi - FOTO
-
Hadisə10:50
Rəşad Bəxtiyarov vəfat etdi
-
Nida Xəbər 10:42
Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO
-
İdman10:00
"Qalatasaray" Ermənistan millisinin üzvünü hədəfə aldı - FOTO
-
MDB09:12
Rusiya-Ukrayna müharibəsi: Bu istiqamətdə şiddətli döyüş gedir