Avropa
Bu ölkədə əhalinin tam yerləşə biləcəyi bunkerlər hazırdır: Rusiya ilə müharibə başlayır?
Finlandiya, demək olar ki, bütün ölkə əhalisini yerləşdirməyə qadir olan 50 mindən çox yeraltı sığınacaq tikib.
Publika.az bu barədə “Bild” qəzetinin materialına əsasən məlumat verir.
Məqalədə bildirilir ki, Finlandiya bunkerlərin tikintisini dayandırmayıb və bu günə qədər də davam etdirir. Qanuna görə, sahəsi 1200 kvadratmetrdən çox olan hər bir binada ən azı bir sığınacaq olmalıdır.
Nəşr yazır ki, Finlandiya üzrə bunkerlər təxminən 4,8 milyon nəfəri qəbul edə bilər, halbuki ölkənin ümumi əhalisi 5,5 milyondur. Müqayisə üçün qəzet qeyd edir ki, Almaniyadakı bomba sığınacaqları hazırda ölkə əhalisinin yalnız 1%-ni qəbul edə bilir.
Qeyd olunur ki, zərurət yaranarsa, bunkerlərə təkcə Finlandiya vətəndaşları deyil, ölkəyə gələn qonaqlar da buraxılacaq. Mülki müdafiə üzrə təlimatçı Tomi Rask bildirib ki, bunkerlər “hətta nüvə zərbəsinə” də tab gətirmək iqtidarındadır.
Qeyd edək ki, Finlandiyada qonşusu Rusiya ilə müharibə olacağı istisna edilmir.
Tural
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)












