Nida Xəbər
Erməni general siyahını açıqladı: Bu şəxslər Bakıya veriləcək
Azərbaycan Ermənistandakı hərbi cinayətkarların ekstradisiyasını tələb edə bilər.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
“Ermənistanın keçmiş müdafiə naziri general Arşak Karapetyan bundan əvvəl belə bir fikir səsləndirmişdi ki, Azərbaycan yaxın gələcəkdə Qarabağ müharibəsinin əsas iştirakçılarının (hərbi cinayətkarlar və ya terrorçuların – red.) ekstradisiyasını tələb edə bilər. General Ermənistan hakimiyyətinin bu tələblə razılaşacağını istisna etmədiyini də bildirib”, - nəşr yazıb.
Nəşr mənbəyə istinadla həmin şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisləri, generallar Yuri Xaçaturov, Movses Akopyan və Artak Davtyan, eləcə də ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” Kamo Vardanyanın adlarını çəkib.
Arşak Karapetyan məxfi sənədlərin Azərbaycanın əlinə keçdiyini söyləyib.
Azərbaycanın tələb edə biləcəyi hərbi cinayətkarlar arasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan, həmçinin sabiq müdafiə naziri Seyran Ohanyanın olacağı da istisna edilmir.
Xatırladaq ki, adları çəkilən cinayətkarlar 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. Onlar işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəllifləridir. Bu səbəbdən onlara qarşı Azərbaycanda cinayət işi açılıb.
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
MDB14:31Polisi dişlədi, 2 ilə yaxın həbs cəzası aldı
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB















.jpg)


















.jpg)



