Nida Xəbər
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının beşinci ildönümüdür.
Publika.az xəbər verir ki, bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.
Həmçinin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri də düşməndən təmizlənib.
Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.
Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.
-
Sosial02:12
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? - VİDEO
-
Səhiyyə00:15
Bu qadınlar qəfil ürək ölümü riskinə məruz qalırlar
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Danışıqlar sabaha saxlanılacaq
-
ABŞ21 Oktyabr 23:12
Luvr muzeyinə dəyən maddi zərər HESABLANDI
-
Magazin121 Oktyabr 23:00
Kamilənin "Son zəng" FOTOSU
-
İdman21 Oktyabr 21:48
"Atletik"lə matçda "Qarabağ"ın futbolçularını nə gözləyir? - Qurbanov AÇIQLADI
-
Hadisə21 Oktyabr 21:36
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü (YENİLƏNDİ)
-
Sosial21 Oktyabr 20:36
19 yaşlı Ləmanın atası HƏR ŞEYİ DANIŞDI: ölümünə səbəb bu olub - FOTO