Sosial
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? - VİDEO

2026-cı ildən etibarən Azərbaycanın qeyri-dövlət sektorunda çalışan işçilərin əmək haqlarından tutulan vergilərin yenidən artırılması gözlənilir. Buna səbəb 2019-cu ildən tətbiq edilən 7 illik vergi güzəştinin başa çatmasıdır. Həmçinin 2026-cı ildə bu vergi üzrə dövlət büdcəsinə əvvəlki illə müqayisədə 30 %-ə yaxın daha çox vəsaitin daxil olacağının proqnozlaşdırılmasıdır.
Publika.az xəbər verir ki, təcrübədə bir çox sahələrdə işçilərlə əmək haqqı məbləği vergi və digər ödəmələr çıxıldıqdan sonra qalan məbləğ üzrə razılaşdırılır. Ekspertlər hesab edirlər ki, bu hal işə götürənlərin xərclərini artırmış olacaq. Əks təqdirdə verginin işçinin öhdəsinə buraxılması əmək haqlarının azalmasına gətirib çıxaracaq.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, əgər güzəşt müddəti uzadılmasa, işçinin əmək haqqından 7% çox tutulma olacaq.
"Əgər bu güzəşt müddəti uzadılmasa, hazırkı ödənilən vergilər və tutulmalar, həmçinin 2026-cı ilin yanvar ayında tutulan ödəmələr arasında işçinin əmək haqqından daha 7% çox tutulma olacaq"- deyə o vurğulayıb.
Daha ətraflı "Baku" TV-nin videomaterialında:
-
Magazin203:13
Məşhur bəstəkar otel otağında ÖLÜ TAPILDI - FOTO
-
Sosial02:12
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? - VİDEO
-
Səhiyyə00:15
Bu qadınlar qəfil ürək ölümü riskinə məruz qalırlar
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Danışıqlar sabaha saxlanılacaq
-
ABŞ21 Oktyabr 23:12
Luvr muzeyinə dəyən maddi zərər HESABLANDI
-
Magazin121 Oktyabr 23:00
Kamilənin "Son zəng" FOTOSU
-
İdman21 Oktyabr 21:48
"Atletik"lə matçda "Qarabağ"ın futbolçularını nə gözləyir? - Qurbanov AÇIQLADI
-
Hadisə21 Oktyabr 21:36
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü (YENİLƏNDİ)