ABŞ
Tramp Putinlə planlanan görüşdən DANIŞDI: "Mən heç nə demirəm"
Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşün vaxt itkisi olacağını demədiyini deyib.
Publika.az xəbər verir ki, ABŞ Prezidentindən Rusiya lideri ilə mümkün sammit kontekstində dediyi iradın “vaxtını itirmək istəməməsi”ni izah etməsi istənilib.
"Mən heç nə demirəm. Bunun vaxt itkisi olacağını deməmişəm", - Tramp deyib.
Ağ Ev rəhbəri “bu cəbhədə çox şeyin baş verdiyini” bildirib və yaxın iki gün ərzində Amerika administrasiyasını öz hərəkətləri barədə xəbərdar edəcəyinə söz verib.
Oktyabrın 21-də CNN bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün baş tutan söhbətdən sonra amerikalı rəsmilər belə qənaətə gəliblər ki , Moskvanın mövqeyi ötən müddət ərzində faktiki olaraq dəyişməyib və onun ilkin “maksimalist tələbləri” çərçivəsində qalıb.
Telekanalın mənbəsinin sözlərinə görə, Dövlət Departamentinin rəhbəri çətin ki, gələn həftə iki lider arasında görüş keçirməyi tövsiyə etsin, lakin diplomatlar bu həftə yenidən danışa bilərlər.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





